Dəmir yolu nəqliyyatında da qiymət artırılacaq? - Açıqlama

31 Yanvar 2023, 22:23
Dəmir yolu nəqliyyatında da qiymət artırılacaq? - Açıqlama
Dəmir yolu nəqliyyatında da qiymət artırılacaq? - Açıqlama

Hazırda dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb.

Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Fərmanına əsasən, dəmir yolu daşımalarında tariflər və yığımlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müəyyən edilir.