DİM: Dekabrın 15-nə qədər qəbul imtahanlarının cədvəli açıqlanacaq

18 Noyabr 2022, 12:58
DİM: Dekabrın 15-nə qədər qəbul imtahanlarının cədvəli açıqlanacaq
DİM: Dekabrın 15-nə qədər qəbul imtahanlarının cədvəli açıqlanacaq

İlin sonuna, dekabrın 15-nə qədər qəbul imtahanlarının cədvəlini hazırlayıb ictimaiyyətə təqdim edəcəyik.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Sədr hazırda bu istiqamətdə iş getdiyini qeyd edib:

"Müxtəlif tədbirlər, yaxud hava şəraiti də tərəfimizdən nəzərə alınacaq. Hazırda bunun üzərində iş gedir. Dediyimiz kimi, ilin sonuna doğru, dekabrın 15-nə qədər cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırıb ictimaiyyətə təqdim edəcəyik".