Bələdiyyələrdən 2-3-ü birləşib uşaq bağçası aça bilər. Bu gün bağçalara böyük ehtiyac var.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deputat Tahir Rzayev bildirib.
“Özəl bağçaların fəaliyyətinə nə qədər vəsait xərclənir? Azərbaycanda fəaliyyət göstərən 1600-dən çox bələdiyyənin bir bağçası belə yoxdur. Ədliyyə Nazirliyi müəyyən tədbirlər həyata keçirir. Amma təəssüf ki, bunlar elə kağız üzərində də qalır. Bələdiyyələrə imkanlar yaradılıb”, - deyə deputat əlavə edib.