COVID pandemiyası başa çatmaq üzrədir

17 İyun 2022, 12:16
COVID pandemiyası başa çatmaq üzrədir
COVID pandemiyası başa çatmaq üzrədir

ÜST-ün Baş direktoru: "COVID pandemiyası başa çatmaq üzrədir"

 

“COVID-19 pandemiyası artıq başa çatmaq üzrədir”.

APA xəbər verir ki, bunu bu gün IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” mövzusunda paneldə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Əksər ölkələrdə yoluxmanın aşağı səviyyəyə düşdüyünü qeyd edən ÜST Baş direktoru vurğulayıb ki, yalnız aşağı gəlirli ölkələrdə bu problem qalmaqdadır: “İlk növbədə səhiyyə işçiləri, 60 yaşdan yuxarı şəxslərin daxil olduğu kateqoriyaların peyvəndlənməsi zəruridir”.