Çində koronavirusa yoluxanların sayının qəfil artması səbəbindən ölkə üzrə krematoriyalar tam dolub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Çində dəfn sahəsində çalışanlara və mütəxəssislərə istinadən bildirib.
Mənbə yazır ki, paytaxt Pekin və Şanxayda yerləşən krematoriyalarda 24 saat ərzində COVID-19-dan dünyasını dəyişənlərin cəsədləri yandırılır. İşçilərin sözlərinə görə, koronavirusdan dünyasını dəyişənlərin sayı artdığından krematoriyaların işində çətinlik yaranıb.
Lunxuada yerləşən krematoriyaların birinin işçiləri bildirib ki, ora gündəlik olaraq 500-dən çox cəsəd gətirilir.
Bildirilir ki, ölkədə ötən ilin dekabr ayında yoluxma hallarının qəfil artmasından sonra ölkə rəhbərliyi gündəlik yoluxma statistikasını elan etməyi dayandırıb.