Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bəlli olub

15 İyun 2022, 14:55
Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bəlli olub
Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi bəlli olub

Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda I təsnifat mərhələsində Polşa "Lex"ini keçəcəyi təqdirdə növbəti raundda İsveçrə “Sürix”i ilə görüşəcək.

Püşkə əsasən, Azərbaycan çempionu ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.