Bəzi ərazilərdə suyun verilməsində məhdudiyyətlər olacaq

7 Mart 2023, 13:35
Bəzi ərazilərdə suyun verilməsində məhdudiyyətlər olacaq
Bəzi ərazilərdə suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Bakının mərkəzi ərazilərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, magistral su kəmərində aparılan yenidənqurma işləri ilə əlaqədar 07 mart 2023-cü il tarixində gün ərzində Bakı şəhəri Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Bülbül, Xəqani, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva və Bəşir Səfəroğlu küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.