Bu yollarda da sürət həddi endirildi

5 Aprel 2023, 14:24
Bu yollarda da sürət həddi endirildi
Bu yollarda da sürət həddi endirildi

Daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.

Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edilib.

Qeyd edək ki, Bakının əsas prospektlərində nəqliyyatın hərəkət sürəti endirilməsi ilə bağlı qərar qəbul olunub. Qərarın icrası mərhələli şəkildə icra olunur.

Xatırladaq ki, paytaxtın əsas küçə və prospektlərində yeni sürət həddləri aşağıdakı formada müəyyən edilib: