Bu ölkədə uşaqlar arasında “pomidor qripi” yayıldı

22 Avqust 2022, 21:52
Bu ölkədə uşaqlar arasında “pomidor qripi” yayıldı
Bu ölkədə uşaqlar arasında “pomidor qripi” yayıldı

Hindistanda 82 uşaqda “pomidor qripi” aşkarlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “The Lancet” jurnalının dərc etdiyi hesabatda, yoluxmanın ilk dəfə Hindistanın Kerala əyalətinin Kollam şəhərində görüldüyü paylaşılıb.

Hesabatda virusun vilayətin Ançal, Aryankavu və Neduvathur rayonlarında 5 yaşdan kiçik uşaqlarda müşahidə edildiyinə dair məlumatlar yer alıb.

Bundan başqa, Odişa ştatında 1-9 yaşlı 26 uşaqda infeksiya aşkarlanıb və yoluxma sayı 82-yə çatıb.

Mütəxəssislər virusun çox asanlıqla yayıldığı barədə xəbərdarlıq ediblər.

Adını dəridəki qırmızı qabarcıqlardan alan “pomidor qripi” qızartı, yüksək hərarət və oynaq ağrılarına səbəb olur.

Hələlik xəstəliyin müalicə üsulunun olmadığı bildirilir.