Bu ilin 5 ayında Azərbaycana 469 minə yaxın əcnəbi gəlib

21 İyun 2022, 15:23
Bu ilin 5 ayında Azərbaycana 469 minə yaxın əcnəbi gəlib
Bu ilin 5 ayında Azərbaycana 469 minə yaxın əcnəbi gəlib

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 157 ölkəsindən 468,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, gələnlərin 24,8 faizi Türkiyə, 24,7 faizi Rusiya Federasiyası, 13,8 faizi İran, 5,6 faizi Gürcüstan, 3,7 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Ukrayna, hər birindən 2,4 faiz olmaqla Hindistan və Pakistan, 1,7 faizi Qazaxıstan, 1,3 faizi Küveyt, 1,2 faizi Böyük Britaniya, 12,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 79,7 faizini kişilər, 20,3 faizini qadınlar təşkil edib.