Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı - AÇIQLANIB

14 İyun 2023, 9:43
Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı - AÇIQLANIB
Bu il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq ailələrin sayı - AÇIQLANIB

Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub.

Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub.(Report)