2022-ci ilin 10 ayında banklar 769,9 milyon manat xalis mənfəət əldə ediblər.
Marja.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Banklar 2021-ci ilin 10 ayını 570,1 milyon manat xalis mənfəət ilə başa vurmuşdular. Beləliklə, bank sektorunun xalis mənfəəti 199,8 milyon manat və ya 35% artıb.
Eyni zamanda, 2022-ci ilin 10 ayında banklar 1 milyard 116.7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər (ötən ilin eyni dövründə 810,2 milyon manat).
İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 178 milyon manat məbləğində mənfəət vergisi ödənilib.