Bu il Azərbaycanda 10900 yanğın baş verib, 29 nəfər həlak olub

26 Avqust 2022, 14:04
Bu il Azərbaycanda 10900 yanğın baş verib, 29 nəfər həlak olub
Bu il Azərbaycanda 10900 yanğın baş verib, 29 nəfər həlak olub

Yanvarın 1-dən avqustun 25-nə qədər ölkədə 10900 yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, buraya işğaldan azad olunmuş ərazilər də daxildir: "O cümlədən 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb. Baş vermiş yanğınlar nəticəsində 29 nəfər yanğından həlak olub".

Etibar Mirzəyev onu da deyib ki, yanğınların söndürülməsinə FHN-in 700-dən artıq canlı qüvvəsi, 80-dən çox texnikası, 1 amfibiya təyyarəsi və 3 helikopter cəlb olunub.