Bu gün Azərbaycanda Bilik Günüdür

15 Sentyabr 2023, 14:42
Bu gün Azərbaycanda Bilik Günüdür
Bu gün Azərbaycanda Bilik Günüdür

Azərbaycanda bu gündən etibarən yeni tədris ili başlayır. 2023-2024-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 612 294 şagird təhsil alacaq.Yeni tədris ilində ümumtəhsil məktəblərinin I sinfində 135 418, IX sinfində 152 536, XI sinfində isə 103 072 şagird oxuyacaq. 2023-2024-cü tədris ilində Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində isə ümumilikdə 104 məktəb üzrə 150768 sagird  təhsil alacaq. Sumqayıt şəhər Vaqif İbrahim adına 35 saylı orta məktəbdə də " Bilik günü" ilə bağlı tədbir keçirilib.  Sinif otaqlarında isə ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub. İlk dərs günündən çəkilmiş fotoşəkilləri təqdim edirik: