BMT: Türkiyə və Suriyada ölənlərin sayı 50 min nəfərə çatacaq

13 Fevral 2023, 12:42
BMT: Türkiyə və Suriyada ölənlərin sayı 50 min nəfərə çatacaq
BMT: Türkiyə və Suriyada ölənlərin sayı 50 min nəfərə çatacaq

BMT baş katibinin humanitar məsələər üzrə müavini Martin Qriffits bildirib ki, Türkiyə və Suriyada zəlzələdən ölənlərin sayı indiki göstərici ilə müqayisədə 2 dəfə arta bilər.

Bu açıqlama veriləndə ölənlərin sayı 28 min nəfər idi. Hazırda Türkiyədə ölənlərin say 29,6 min nəfər, Suriyada isə 8,5 min nəfərdir.

Qriffitsin sözlərinə görə, hazırki vəziyyəti qiymətləndirmək hələ çətindir. Çünki dağıntıları tamamilə aradan qaldırmaq və onların altında qalanların sayın dəqiqləşdirmək lazımdır.

«Amma mən əminəm ki, ölənlərin sayı 2 və ya 3 dəfə arta bilər, bu dəhşətdir»-deyə baş katibin müavini bildirib.