08 İyun 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 1,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Qeyd edək ki, hərracda bugünkü tələb 2023-cü ilin ötə dövründə qeydə alınan ən aşağı sifarişdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
30 May 2023-cü il tarixində Mərkəzi Bankda keçirilmiş valyuta hərracında tələb 22,4 milyon ABŞ dolları, 01 İyun 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 14,1 milyon ABŞ dolları, 06 İyun 2023-cü il tarixində keçirilmiş valyuta hərracında isə tələn 8,6 milyon ABŞ dolları təşkil etmişdi.
2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 42 valyuta hərracında banklara cəmi 1 milyard 536,3 milyon dollar satılıb.
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.