Banklardakı əmanətlərin 61,8 faizi - MİLLİ VALYUTADA QOYULUB

18 May 2023, 14:29
Banklardakı əmanətlərin 61,8 faizi - MİLLİ VALYUTADA QOYULUB
Banklardakı əmanətlərin 61,8 faizi - MİLLİ VALYUTADA QOYULUB

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 15,4 faiz artaraq, aprel ayının 1-nə milli valyuta ekvivalentində 11 milyard 964,4 milyon manat təşkil edib.Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, əmanətlərin 61,8 faizi milli, 38,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 4,1 faiz artıb.