Bakıda və rayonlarda hava şəraiti dəyişəcək - Xəbərdarlıq

13 İyul 2022, 21:51
Bakıda və rayonlarda hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Bakıda və rayonlarda hava şəraiti dəyişəcək - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən "Qafqazinfo"ya bildirilib ki, iyulun 14-ü axşamdan 16-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq.

Azərbaycanın rayonlarında isə iyulun 14-ü axşamdan 16-dək bəzi rayonlarda qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.