Bakıda işə başlayan yeni pullu məktəbdə – TƏHSİL HAQQI 10 MİN MANAT - AÇIQLANDI

3 Oktyabr 2022, 22:27
Bakıda işə başlayan yeni pullu məktəbdə – TƏHSİL HAQQI 10 MİN MANAT - AÇIQLANDI
Bakıda işə başlayan yeni pullu məktəbdə – TƏHSİL HAQQI 10 MİN MANAT - AÇIQLANDI

 

Xəbər verildiyi kimi, bu ildən etibarən Azərbaycanda Türkiyənin Beynəlxalq Maarif Məktəbi fəaliyyətə başlayıb.

FED.az xəbər verir ki, yeni məktəbdə, ənənəvi dərs proqramı ilə yanaşı, müxtəlif dillər, SAT, İELTS, TOEFL və sair proqramlar da tədris olunacaq.

Məktəb ödənişlidir və bu il üçün açılış ili münasibətilə xüsusi olaraq 40%-dək endirim elan edib.

Təklif olunan istiqamətlər üzrə təhsil haqqı və endirimlər aşağıdakı kimidir:

Təhsil haqqı:

Məktəbəhazırlıq üzrə təhsil - 8670 AZN/ Qidalanma- 1105 AZN;

İbtidai təhsil - 9945 AZN / Qidalanma- 1105 AZN

Orta təhsil - 11390 AZN / Qidalanma (məcburi deyil) - 1105 AZN

Endirimlər:

 İlkin qeydiyyat endirimi- 20%

Bacı-qardaş endirimi- 10%

Nəğd ödəniş endirimi- 10%

2 hissəli ödəniş endirimi- 5%

3 hissəli ödəniş endirimi- 2%