Bakı əhalisi 1000 manatdan çox maaş alır

17 May 2023, 13:54
Bakı əhalisi 1000 manatdan çox maaş alır
Bakı əhalisi 1000 manatdan çox maaş alır

Bakıda çalışan əhalinin orta aylıq maaşı açıqlanıb.

Bakı Şəhər Statistika İdarəsindən (BŞSİ) “Qafqazinfo”ya verilən məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,6 faiz artıb.

Rəsmi məlumata görə, hesabat dövründə orta aylıq əməkhaqqı 1083,0 manat təşkil edib.