Bağçalardakı monitorinq: 158 nöqsan - AŞKARLANDI

18 Avqust 2022, 14:39
Bağçalardakı monitorinq: 158 nöqsan - AŞKARLANDI
Bağçalardakı monitorinq: 158 nöqsan - AŞKARLANDI

8-12 avqust tarixlərində respublika üzrə fəaliyyət göstərən 18 uşaq bağçasında aparılan monitorinqlər zamanı ümumilikdə 158 nöqsan müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı 17 uşaq bağçası barəsində inzibati tədbir görülüb.

FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadla xəbər verir.

Qeyd edək ki, monitorinqlər zamanı məktəbəqədər təhsil müəssisələrində qidalanmanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 103 saylı qərarında göstərilən qida normalarına uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi, həmçinin yeyinti məhsullarının tədarük prosesi, saxlanılması, daşınması, realizə olunması, markalanması və qablaşdırılmasına dair tələblərə əməl olunub-olunmadığı yoxlanılır.

Bununla yanaşı, mütəxəssislər tərəfindən uşaq bağçalarında qida məhsullarının hazırlandığı və saxlanıldığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir.