Bağçalara sənəd qəbulu dayandırıldı

22 May 2023, 10:15
Bağçalara sənəd qəbulu  dayandırıldı
Bağçalara sənəd qəbulu dayandırıldı

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılıb.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır.

bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.