Azərbaycanın təbii sərvətlərdən qazandığı pullarının böyük hissəsi ABŞ-ın xidmətində olub

25 İyun 2023, 10:01
Azərbaycanın təbii sərvətlərdən qazandığı pullarının böyük hissəsi ABŞ-ın xidmətində olub
Azərbaycanın təbii sərvətlərdən qazandığı pullarının böyük hissəsi ABŞ-ın xidmətində olub

Azərbaycan 8 milyard 437 milyon dollarlıq ABŞ istiqrazları alıb.Uzunmüddətli istiqrazlara investisiyaların əksəriyyəti dövlət borc qiymətli kağızları vasitəsilə həyata keçirilmişdir ki, bu da sabit gəlirli qiymətli kağızlara investisiyaların 47%-ni təşkil etmiş və gəlirliliyi - (mənfi) 7,0% olmuşdur.Marja xəbər verir ki, bu, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə maliyyə hesabatlarında bildirilir.Qeyd edilib ki, ARDNF-nin dövlət borcuna ən böyük investisiyası ABŞ suveren istiqrazlarının payına düşür ki, bu da sabit gəlirli qiymətli kağızlara investisiyaların 27,7%-ni (8 milyard 437 milyon dollar) təşkil etmişdir. Qısası, Azərbaycanın təbii sərvətlərinin satışından əldə edilmiş gəlirlər istiqraz yerləşdirilməsi yolu ilə (ARDNF tərəfindən alınıb) ABŞ xəzinədarlığı tərəfindən cəlb edilərək istifadəsinə başlanılmışdır.