2022-ci ilin I yarısında Azərbaycandan 680,8 min vətəndaş xaricə səfər edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda deyilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
6 ay ərzində ölkədən gedənlərin 47,6%-i Türkiyəyə, 15,7%-i Rusiyaya, 13,3%-i İrana, 8,1%-i Gürcüstana, 15,3%-i isə digər ölkələrə üz tutub. -0-