Azərbaycanda nağd dolların alış-satışı – 50%-Ə YAXIN ARTIB

28 Noyabr 2022, 21:43
Azərbaycanda nağd dolların alış-satışı – 50%-Ə YAXIN ARTIB
Azərbaycanda nağd dolların alış-satışı – 50%-Ə YAXIN ARTIB

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda nağd xarici valyutanın banklar tərəfindən alqı-satqı əməliyyatlarının həcmi 47% artaraq 3,9 milyard dollara yüksəlib.

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının ötən həftənin sonunda açıqladığı «Pul Siyasəti İcmalı (9 ay, 2022)» sənədində bildirilir. Xatırladaq ki, ötən il nağd valyuta alqı-satqısı üzrə əməliyyatların həmci 2,65 milyard dollar ətrafında idi. 

Sənəddə bildirilir ki, ölkədə xarici valyuta ilə aparılan nağd alış-satış əməliyyatlarının 87%-i ABŞ dollarının payına düşür. 

Mərkəzi Bankın açıqladığı qrafikə əsasən, son 3 ildə bankların satdığı nağd varlyutanın məbləği 10 dəfəyə yaxın azalıb. Belə ki, 2020-ci ilin ilk 9 ayında banklar əhaliyə 3,3 milyard manata yaxın nağd dollar satdıqları halda, 2021-ci ilin eyni dövründə bu göstərci 300 milyon manata, 2022-ci ilin 9 ayında isə 440 milyon manata yüksəlib. 

Rus rublu ilə bağlı vəziyyyət isə demək olar dəyişməyib – 2020-2021-2022-ci illərin ilk 9 ayında banklar əhalidən 60 milyon manata yaxın rubl alıblar. 

Əvəzində əhalinin avro alışları kəskin azalıb. 

2020-ci ildə banklar əhaliyə 250 milyon manat, 2021-ci ildə 150 milyon manatlıq avro satdlıqları halda, 2022-ci ilin 9 ayında bu göstərici 50 milyon manat ətrafındadır. 

Bununla yanaşı, əhalinin banklardan aldığı funt-sterlinq həcmi kəskin artıb. 

Bu ilin ilk 9 ayında ölkə əhalisi banklardan 100 milyona yaxın ingilis funt sterlinqi alıb.