Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

24 Avqust 2022, 20:01
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1453 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 249, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 200, üç və daha çox doza vaksin vurduranların sayı 864, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 140 nəfərdir.