Azərbaycanda illik inflyasiya 4±2% intervalında qorunacaq

24 İyul 2022, 23:45
Azərbaycanda illik inflyasiya 4±2% intervalında qorunacaq
Azərbaycanda illik inflyasiya 4±2% intervalında qorunacaq

Bu hədəf Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında yer alıb.

Sənəddə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft/qaz ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi 2026-cı ilin sonunadək 17,5% təşkil edəcəyi, bu şəraitdə Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılacağı əks olunub.

Növbəti illərdə tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması hədəflənir.