Azərbaycanda əhalinin banklardakı əmanətləri rekord həddə çatıb

25 İyul 2023, 12:21
Azərbaycanda əhalinin banklardakı əmanətləri rekord həddə çatıb
Azərbaycanda əhalinin banklardakı əmanətləri rekord həddə çatıb

Azərbaycanda əhalinin banklardakı əmanətləri tarixini rekordunu yeniləyib. Bu il iyul ayının 1-nə depozitlərin həcmi 12 milyard 748.8 milyon manata çatıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm iyunun 1-nə olan göstəricidən 2,8% çoxdur.

Əhalinin banklardakı vəsaitləri ötən ilin eyni dövrü ilə müqayisədə 19%, ilin əvvəli ilə müqayisədə 8,5% artıb.