Azərbaycanda ƏDV-nin geri qaytarılan hissəsi artırılacaq - YENİLİK

16 Sentyabr 2022, 13:35
Azərbaycanda ƏDV-nin geri qaytarılan hissəsi artırılacaq - YENİLİK
Azərbaycanda ƏDV-nin geri qaytarılan hissəsi artırılacaq - YENİLİK

 

 

Azərbaycanda ƏDV geri al layihəsi üzrə ƏDV-nin geri qaytarılan hissəsi artırılacaq.

 

FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin bu gün açıqladığı 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı ilkin məlumatda əks olunub.

Layihədə deyilir ki, nağdsız  ödənişlərin əhatə dairəsinin  genişləndirilməsi  məqsədilə fiziki  şəxs  olan istehlakçılar   tərəfindən   ölkə ərazisində alınan   mallara   görə ödənilmiş   ƏDV-nin qaytarılan hissəsinə yenidən baxılması gözlənilir.