Azərbaycanda COVID-19-a yoluxanlar son 5 ayda - ƏN YÜKSƏK HƏDDƏ ÇATDI - 1 NƏFƏR ÖLDÜ

31 İyul 2022, 21:47
Azərbaycanda COVID-19-a yoluxanlar son 5 ayda - ƏN YÜKSƏK HƏDDƏ ÇATDI - 1 NƏFƏR ÖLDÜ
Azərbaycanda COVID-19-a yoluxanlar son 5 ayda - ƏN YÜKSƏK HƏDDƏ ÇATDI - 1 NƏFƏR ÖLDÜ

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 434 yoluxma faktı qeydə alınıb, 324 nəfər müalicə olunaraq sağalıb.

FED.az xəbər verir ki, bu - 2022-ci il mart ayının 3-dən indiyədək qeydə alınan ən böyük yoluxma sayıdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 798 min 838 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 786 min 682 nəfər müalicə olunaraq sağalıb, 9 min 748 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 min 408 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 129, bu günə qədər isə ümumilikdə 7 milyon 45 min 427 test icra olunub.