Azərbaycanda bankomatlar vasitəsilə - KREDİT VERİLƏCƏK

25 Noyabr 2022, 13:32
Azərbaycanda bankomatlar vasitəsilə - KREDİT VERİLƏCƏK
Azərbaycanda bankomatlar vasitəsilə - KREDİT VERİLƏCƏK

 

 

Azərbaycanın SINAM IT şirkəti və Litvanın BS/2 şirkətinin Azərbaycan ofisi tərəfdaşlıq barədə memorandum imzalayıb.

 

FED.az xəbər verir ki, sənəd bu gün SINAM şirkətinin prezidenti Elçin Əliyev və BS/2 şirkətinin Azərbaycan ofisinin rəhbəri İlqar Həsənov tərəfindən imzalanıb.

Bu əməkdaşlıq çərçivəsində bankomatlar vasitəsilə kreditlərin rəsmiləşdirilməsi və verilməsi həllinin hazırlanması və ATM bankomatlara inteqrasiya olunması planlaşdırılır. (Trend)