Azərbaycanda 12 min iş yeri bağlanıb – RƏSMİ MƏLUMAT

21 Fevral 2023, 12:49
Azərbaycanda 12 min iş yeri bağlanıb – RƏSMİ MƏLUMAT
Azərbaycanda 12 min iş yeri bağlanıb – RƏSMİ MƏLUMAT

İl ərzində 11 900 iş yeri ləğv edilib.

Komitə bildirir ki, iş yerlərinin bağlanması həm müəssisə və təşkilatların ləğv edilməsi, həm də aparılan ixtisarlara bağlıdır.

Bu dövrdə bağlanan iş yerlərinin 39,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Başqa sözlə, dövlət sektorunda 4680 iş yeri ixtisar edilib.

Özəl sektorda isə 7200-dən çox iş yeri ləğv edilib.

Komitə bildirir ki, iş yerlərinin 57,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.