2022-ci ilin 10 ayı ərzində Azərbaycandan 32 milyard 325 milyon 430 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilib.
Marja.az xəbər verir ki, cari ilin 10 ayı ərzində Azərbaycanın 34 milyard 711 milyon 427 min dollarlıq cəmi ixracının 93,1%-i neft-qaz sektoruna daxil olan malların hesabına formalaşıb.
2022-ci ilin yanvar-oktyabr dövründə Azərbaycandan 17 milyard 179 milyon 696 min dollarlıq xam neft və 14 milyard 653 milyon 418 min dollarlıq təbii qaz ixrac edilib.
Xatırladaq ki, 2021-ci ilin 10 ayında Azərbaycandan 14 milyard 795 milyon 280 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 11 milyard 220 milyon 98 min dollarlıq xam neft, 2 milyard 951 milyon 453 min dollarlıq təbii qaz ixrac edilmişdi.
Beləliklə, Azərbaycanın ixrac olunan xam neftdən gəlirləri 53%, təbii qazdan gəlirləri isə 5 dəfə artıb.