Azərbaycana hansı ölkələr investisiya qoyub?

31 Yanvar 2023, 13:55
Azərbaycana hansı ölkələr investisiya qoyub?
Azərbaycana hansı ölkələr investisiya qoyub?

Azərbaycan iqtisadiyyatına ötən il 3,6 milyard ABŞ dolları xarici investisiya qoyulub.

Maraqlıdır, Azərbaycana hansı ölkələr investisiya qoymaqda maraqlı olub?  

Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1995-2022-ci ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına ən çox birbaşa xarici investisiya Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığı tərəfindən yatırılıb və bu, 33,5 milyard ABŞ dolları təşkil edib:

“Ölkəmizə ən çox birbaşa xarici investisiya yatıran ilk 5 ölkə Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Norveç və Yaponiyadır. Bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sektoruna ən çox birbaşa xarici sərmayə Türkiyənin investorları tərəfindən (3,1 milyard ABŞ dolları) yatırılıb. Qeyri-neft sektoruna yönəldilmiş birbaşa sərmayələrin həcminə görə sonrakı yerləri Birləşmiş Krallıq, Rusiya, Niderland, ABŞ, BƏƏ, İsveçrə və Almaniya tutur”.