Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonların qeydiyyatı üçün 100 manat rüsum alınacaq

23 Oktyabr 2025, 19:42
Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonların qeydiyyatı üçün 100 manat rüsum alınacaq
Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonların qeydiyyatı üçün 100 manat rüsum alınacaq

Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə paralel aksiz vergisi də tətbiq ediləcək.

APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Beləliklə, fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsum alınacaq.

Hüquqi şəxslər tərəfindən satış məqsədi ilə ölkəyə idxal edənən mobil cihazlarım hər birinə isə 20 manat aksiz vergisi tətbiq olunacaq.