Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.
FED.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,26 ABŞ dolları və ya 2,81% azalaraq, 78,07 dollar təşkil edib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 436,4 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 % çox investisiya yönəldilib.
2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18 milyard 828,4 milyon manat olub. Bu rəqəm 2024-cü illə müqayisədə 7,2 % artım nümayiş etdirib.