Azərbaycan məktəblərində yenilik

27 İyun 2024, 22:29
Azərbaycan məktəblərində yenilik
Azərbaycan məktəblərində yenilik

Azərbaycanda rəqəmsal dərsliklər hazırlanacaq.

 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Elm və Təhsil Nazirliyi bununla bağlı hazırlıqlara başlayıb.

 

Belə ki, rəqəmsal dərsliklər istifadəyə verilən yeni və təkmilləşdirilmiş kağız dərsliklər əsasında hazırlanacaq.

 

Nazirlik rəqəmsal dərsliklərin hazırlanması işlərini "Innovative Business Products” şirkətinə həvalə edib.

 

Şirkətlə nazirlik arasında 287 500 manat dəyərində müqavilə bağlanıb.