Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın valyuta ehtiyyatları 6 % artaraq 56 milyard ABŞ dollarını keçib.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
"O cümlədən, 10 ay ərzində AMB-nin valyuta ehtiyatları 10,3% artaraq 7,8 milyard dollara çatıb", - deyə o, qeyd edib.