Avropa ölkəsində əsas ərzaqları bahalaşdırmaq – QADAĞAN EDİLDİ, QİYMƏTLƏR

2 Dekabr 2022, 11:04
Avropa ölkəsində əsas ərzaqları bahalaşdırmaq – QADAĞAN EDİLDİ, QİYMƏTLƏR
Avropa ölkəsində əsas ərzaqları bahalaşdırmaq – QADAĞAN EDİLDİ, QİYMƏTLƏR

Serbiyanın Nazirlər Kabineti əsas ərzaq məhsullarının, o cümlədən şəkər, un və günəbaxan yağının qiymətlərini məhdudlaşdırmaq barədə qərar qəbul edib.

FED.az xəbər verir ki, qərara əsasən, bitki yağının maksimum qiyməti litr üçün 219,99 dinardan (1,98 dollar), dənəvər şəkərin – kiloqramı üçün 114,99 dinardan (1,035 dollar) çox olmamalıdır, yüksək keyfiyyətli ununu kiloqramı 84,7 dinar (0,77 dollar) olmalıdır. Qeyd olunur ki, “qiymət həddi bazarda zərərli təsirləri aradan qaldırmaq və şokların qarşısını almaq məqsədilə qəbul edilib.

Eyni zamanda hökumət şirkətlərə xəbərdarlıq edib ki, bu qiymətlərin tətbiqindən sonra ölkəyə ərzaq gətirməyi azaltmaq fikrinə düşməsinlər. Belə addım atanları 850-17 000 dollar cərimə, eləcə də fəaliyyətini 6 ay 1 il müddətinə dayandırmaq gözləyir.