Apple Twitter-i AppStore-dan silməklə hədələyib

29 Noyabr 2022, 11:04
Apple Twitter-i AppStore-dan silməklə hədələyib
Apple Twitter-i AppStore-dan silməklə hədələyib

Elon Musk bazar ertəsi bildirib ki, Apple onun Twitter proqramını AppStore-dan silməklə hədələyib.

“Apple Twitter-i AppStore-dan silməklə hədələdi, lakin bunun səbəbini bizə açıqlamadı”, - sahibkar sosial şəbəkədəki səhifəsində yazıb.

 

"App Store-da satın aldığınız hər şey üçün Apple-ın 30% vergi tətbiq etdiyini bilirdinizmi?" - Musk qeyd edib.

Bundan başqa Musk bildirib ki, Apple Twitter-də reklamı demək olar ki, dayandırıb.

Noyabrın 27-də Financial Times xəbər verib ki, dünyanın təxminən bütün əsas brendləri, Maskın satın aldığı şirkətin idarəçiliyinə xaotik yanaşması səbəbindən Twitter-də reklamı müvəqqəti dayandırıblar.