AMB: Azərbaycanda artıq uçot dərəcəsinin işlədiyini deyə bilərik

16 İyun 2023, 13:22
AMB: Azərbaycanda artıq uçot dərəcəsinin işlədiyini deyə bilərik
AMB: Azərbaycanda artıq uçot dərəcəsinin işlədiyini deyə bilərik

"Biz pul siyasətinin faiz transmissiyasının artıq işlədiyini deyə bilərik”.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov deyib.

"Hazırda Azərbaycanda pul bazarı əsasən 2 seqmentdən ibarətdir: təminatsız və təminatlı seqmentlər. Təminatsız seqment "Bloomberg" platforması üzərində fəaliyyətdədir. Təminatlı seqment isə repo bazarıdır, "Bakı Fond Birjası" QSC-nin platforması üzrərindən işləyir. Hər iki istiqamətdə yaranan aktivləşmə reprezentativ faiz indekslərinin formalaşmasına şərait yaradır. Bu reprezentativ faiz indeksləri gündəlik əsasda hesablanaraq ictiamiyyətə açıqlanır. Müsbət haldır ki, hər iki seqmentdə formalaşan faizlər AMB-nin faiz dəhlizinə reaksiya verməyə başlayıb. Biz pul siyasətinin faiz transmissiyasının artıq işlədiyini deyə bilərik”, - deyə o əlavə edib.