Aİ Rusiyaya qarşı növbəti sanksiyalar paketi tətbiq edəcək

8 Dekabr 2022, 12:50
Aİ Rusiyaya qarşı növbəti sanksiyalar paketi tətbiq edəcək
Aİ Rusiyaya qarşı növbəti sanksiyalar paketi tətbiq edəcək

Avropa İttifaqı Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paketə 200-ə yaxın fiziki şəxs, 3 Rusiya bankı, ikili təyinatlı məhsulların ixracı və mədən investisiyalarının qadağan edilməsi daxildir.

Həmçinin, Avropa İttifaqının Prezidenti Ursula von der Lyayen Rusiyanın qışda dinc əhali və infrastrukturu hədəfə alaraq Ukraynanı qəsdən iflic vəziyyətinə salmağa çalışdığını bildirib.

"İndiyə qədər tətbiq etdiyimiz 8 sanksiya paketi Rusiyaya zərər verib",-deyə Lyayen qeyd edib.