9 ayda Azərbaycanın mənzil bazarında qiymətlər nə qədər artdı? - AÇIQLANDI

28 Noyabr 2022, 13:16
9 ayda Azərbaycanın mənzil bazarında qiymətlər nə qədər artdı? - AÇIQLANDI
9 ayda Azərbaycanın mənzil bazarında qiymətlər nə qədər artdı? - AÇIQLANDI

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın mənzil bazarında qiymət indeksi 105,1% təşkil edib.

FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında mənzil bazarında orta illik qiymət indeksi ötən ilin müvafiq dövünə nəzərən 5.1% artıb”, - deyə məlumatda bildirilir.

9 ay ərzində ilkin mənzil bazarında qiymət indeksi 5.7%, təkrar mənzil bazarında qiymət indeksi isə 5.1% yüksəlib.