2030-cu ilə qədər xərçəngə qarşı peyvənd yaradıla bilər

17 Oktyabr 2022, 20:45
2030-cu ilə qədər xərçəngə qarşı peyvənd yaradıla bilər
2030-cu ilə qədər xərçəngə qarşı peyvənd yaradıla bilər

 

 “Xərçəng xəstəliyinə qarşı peyvənd 2030-cu ilə qədər yaradıla bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu “BBC”yə müsahibəsində Almaniyanın “BionTech” şirkətinin təsisçiləri türkiyəli professorlar Uğur Şahin və Özlem Türeci deyib. 

“Biz daha yaxşı və sürətlə vaksin yaratmağı öyrənmişik. Bir çox insanın immun sisteminin mRNA texnologiyasına necə reaksiya verdiyini müşahidə etmişik”, - deyə Türeci qeyd edib. 

Onun sözlərinə görə, bu, birmənalı olaraq xərçəng xəstəliyinə qarşı peyvəndin yaradılmasını sürətləndirəcək.