2024-cü ildə rəqəmsal köçərilər üçün ən yaxşı 10 ölkə

5 Sentyabr 2024, 8:28
2024-cü ildə rəqəmsal köçərilər üçün ən yaxşı 10 ölkə
2024-cü ildə rəqəmsal köçərilər üçün ən yaxşı 10 ölkə

“Global Citizen Solutions” şirkətinin ekspertləri 2024-cü ildə rəqəmsal köçərilər üçün ən yaxşı ölkələri sıralayan illik hesabatı dərc ediblər. Qeyd edək ki, siyahıya İspaniya liderlik edir, Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

Şəhərlər aşağıdakı meyarlara əsasən qiymətləndirilib:

– viza qiymətləri;
– viza güzəştləri;
– həyat keyfiyyəti;
– iqtisadi mühit;
– texnologiya və innovasiya.

Hollandiya rəqəmsal köçərilər üçün ikinci ən yaxşı ölkə seçilib. Amma orada yaşamaq İspaniyadan qat-qat bahadır və bu, ölkədə iş seçərkən nəzərə alınmalıdır. Hesablamalara görə, Hollandiyada kirayə haqqı istisna olmaqla adambaşına düşən aylıq xərclər $1088.50 təşkil edir.

2024-cü ildə rəqəmsal köçərilər üçün ən yaxşı 10 ölkə:

– İspaniya;
– Hollandiya;
– Norveç;
– Estoniya;
– Rumıniya;
– Malta;
– Portuqaliya;
– Kanada;
– Macarıstan;
– Fransa.

Türkiyə rəqəmsal köçərilər üçün viza tətbiq edən ən son Avropa ölkəsi olub. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 21 yaşdan 55 yaşa qədər olan namizədlərin müraciətlərini qəbul etdiyini açıqlayıb. Yaş tələbləri ilə yanaşı, viza yalnız ABŞ, Kanada və Avropa ölkələrinin daxil olduğu ölkələrin siyahısından olan vətəndaşlara veriləcək.