2023-cü ildə bu qədər gömrük rüsumu toplanacaq - yeni proqnoz açıqlandı – MƏBLƏĞ

25 Oktyabr 2022, 14:06
2023-cü ildə bu qədər gömrük rüsumu toplanacaq - yeni proqnoz açıqlandı – MƏBLƏĞ
2023-cü ildə bu qədər gömrük rüsumu toplanacaq - yeni proqnoz açıqlandı – MƏBLƏĞ

 

2023-cü ildə Azərbaycan ərazisinə malların idxalına görə gömrük rüsumları üzrə proqnoz açıqlanıb.

FED.az xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutulur.

Layihəyə əsasən 2023-cü ildə ölkə ərazisinə malların idxalına 1 milyard 332 milyon manat gömrük rüsumunun toplanması nəzərdə tutulur.

Xatırladaq ki, 2022-ci ildə bu vergi üzrə plan 1 milyard 300 milyon manat idi.

Başqa sözlə, gömrük rüsumları üzrə proqnoz cüzi, yəni cəmi 32 milyon manat və 2,5% artırılıb.