2022-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat təşkil etmişdir.
Marja.az Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3415,3 manat, qeyri neft-qaz sektorunda 790,2 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 794,9 manat, özəl müəssisələrdə isə 889,0 manat olmuşdur.Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.
