2021-ci ildə Azərbaycan iqtisadiyyatına sərmayələr 12,6%, xarici investisiyalar - 22,4% ARTIB

3 Oktyabr 2022, 22:24
2021-ci ildə Azərbaycan iqtisadiyyatına sərmayələr 12,6%, xarici investisiyalar - 22,4% ARTIB
2021-ci ildə Azərbaycan iqtisadiyyatına sərmayələr 12,6%, xarici investisiyalar - 22,4% ARTIB

 

2021-ci ildə Azərbatcan iqtisadiyyatına ümumi sərmayələr 25 milyard 313,8 milyon manat ($14 milyard 890,4 milyon) təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 12,6% çoxdur.

FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə ölkə iqtisadiyyatına xarici sərmayələrin həcmi 12 milyard 751.9 milyon manat ($7 milyard 501,1 milyon) təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 22,4% çoxdur.

Həmçinin, 2021-ci ildə Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin xüsusi çəkisi 2020-ci ildə 43.6%-ə qarşı 50,4% təşkil edib.

Statistik məlumatlara əsasən, 2021-ci ildə daxili sərmayələr 2020-ci illə müqayisədə 4,1% - 12 milyard 561,9 milyon manatadək ($7 milyard 389,3 milyon) artıb.

Ümumilikdə, 2017-2021-ci illərdə Azərbaycan iqtisadiyyatına sərmayələr 123 milyard 123,9 milyon manat təşkil edib, baxmayaraq ki, 2012-2016-cı illərdə iqtisadiyyata 106 milyard 353,6 milyon manat yatırılıb.(İnterfaks-Azərbaycan)