2 kolbasa şirkətinin QEYDİYYATI LƏĞV EDİLİB -SİYAHI

12 Aprel 2023, 11:59
2 kolbasa şirkətinin QEYDİYYATI LƏĞV EDİLİB -SİYAHI
2 kolbasa şirkətinin QEYDİYYATI LƏĞV EDİLİB -SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən "Payım" ticarət markası ilə kolbasa və sosiskalar istehsal edən "Al-Sana" MMC-nin istehsal fəaliyyəti üzrə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib.

2023-cü ilin Mart ayında AQTA tərəfindən 76 sahibkarlıq subyektinin "Qida təhlükəsizliyi qeydiyyatı" ləğv edilib. 

Həmçinin AQTA, "Dilim-Dilim", “Əsl dad” kolbasalarının istehsalçısı olan "Sevilən Ad" MMC-nin də istehsal fəaliyyəti üzrə qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.

"Qida təhlükəsizliyi haqqında"Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri qeydiyyata alınır. Qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərmək qadağandır.